Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Nardaranlı axundla bağlı cinayət işi davam edir

Nardaran hadisələrində şərlənərək həbs edilən, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.

Bu barədə Trend-ə N.Rəhimovun yaxınları məlumat verib.

N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.

H.Rəhimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Baş Prokurorluq isə yayılan bu məlumatı təkzib edir. Prokurorluqdan “Azadlıq”a göndərilən açıqlamada deyilir ki, qeyd edilən cinayət işinin istintaqa qaytarılması həqiqəti əks etdirmir. Cinayət işi hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatındadır.
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP