Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Mahmudovun oğlunun ortağı… offşordakı şirkətlər, London malikanələri

Xəbər verdiyimiz kimi bu günlərdə Böyük Britaniya hökuməti offşor şirkətlər tərəfindən Londonda alınmış mülklərin sahiblərinin siyahısını açıqlayıb. Bu, Britaniya hökumətinin çirkli pulların yuyulmasına qarşı mübarizə siyasəti çərçivəsində həyata keçirilir. Çünki London qeyri-leqal yollarla qazanılmış pulların daşınmaz əmlaka yatırılması ilə yuyulduğu əsas məkanlardan birinə çevrilib. Beynəlxalq antikorrupsiya fəalları, jurnalistlər neçə vaxtdır ki, Londonda offşor şirkətlərin adına rəsmiləşdirilən malikanələrin sahiblərinin açıqlanmasını tələb edirdi.

Nəticədə hökumət ötən 10 ilə yaxın dövr ərzində Londonda 40 mindən çox offşor şirkət tərəfindən alınmış 100 minə yaxın mülkün sahiblərinin kimliklərini açıqlamalı olub. Bu siyahıda bir çox rusiyalı oliqarxların və onların ailə üzvlərinin adları var. Siyahını Britaniya hökumətinin Torpaq Qeydiyyatı Departamenti (Land Registry Departament) açıqlayıb və onunla bu keçiddə tanış olmaq mümkündür (Hərçənd ki, Londonda mülk sahibləri olan offşor şirkətlər barədə informasiyanı əldə etmək ödənişli əsasla həyata keçirilir, başqa ölkələrdə də bu belədir).

Əslində müxtəlif ölkələrdən olan korrupsionerlərin offşor zonalarda gizlənən sirlərinin açılması kampaniyası üç il əvvəl-2013-cü ildən başlamışdı. Həmin il Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (İCİJ) Britaniya Virgin adalarında təxminən 10 il ərzində qeydiyyatdan keçmiş offşor şirkətlərin adlarını və onların sahiblərinin kimliklərini açıqladı. Bu şirkətlərlə http://offshoreleaks.icij.org/ saytında yerləşdirilmiş məlumat bazasından tanış olmaq mümkündür. Və indi Britaniya hökuməti həmin şirkətlərdən hansılarının Londonda mülk sahibi olduğunu açıqlayır.


İCİJ tərəfindən açıqlanmış məlumat bazasında 37 Azərbaycan vətəndaşı və onların adlarına olan offşor şirkətlər barədə informasiyalar da yer alır. Lakin bu, məlumat bazasında yer alan azərbaycanlıların hamısı deyil. Ad və soyadlar, habelə şirkət adları üzrə axtarış aparmaqla offşor biznesi olan daha çox azərbaycanlıya rast gəlmək olar.

Həmin siyahıda diqqətimizi cəlb edənlərdən biri Ayaz Kərimov adlı Azərbaycan vətəndaşı oldu. Ayaz Kərimov 2007-ci ildə Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Stellford LTD” adlı şirkətin səhmlərinin sahibi və direktoru kimi göstərilir. Bu şirkətin isə öz növbəsində Orxan Nağıyev, Ayaz Kərimov, Elmar Əhmədov adlı şəxslərlə, habelə BBP-Baltic LTD şirkəti ilə bağlılığı var.

Bəs Ayaz Kərimov özü kimdir? Bu şəxsin kimliyi ilə maraqlananda bəzi məlumatlar əldə etdik. Bakıdakı biznes çevrələrindəki mənbələr bildirir ki, Ayaz Kərimov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznes şəriki olub. “Stellford LTD” şirkətindəki fəaliyyətinə son verəndən sonra Azərbaycanda “Caspian Telekommunications” adlı şirkət yaradıb və İKT biznesinə girib. Linkedin.com saytında A.Kərimov həmin şirkətin icraçı direktoru və partnyoru kimi göstərilir. A.Kərimovun E.Mahmudovun özü ilə də yaxın əlaqələrə malik olduğu, onun bir çox biznes layihələrini idarə etdiyi bildirilir.

“Caspian Telekommunications LTD” şirkətinin fəaliyyəti barədə açıq mənbələrdə çox məhdud informasiya var. Belə informasiyalardan birində deyilir ki, (AzerTAC) 2015-ci ildə Bakıda keçirilən İKT sərgisi zamanı Belarusun “Beltelekom” şirkəti və “Cartburg Networks Corp.” şirkəti (Azərbaycanın “Caspian Telecommunication LTD.” şirkətinin törəmə quruu) arasında beynəlxalq elektrik rabitəsi (elektrorabitə) xidmətlərinin göstərilməsi haqqında saziş imzalanıb. İmzalanma mərasimi Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun Azərbaycana rəsmi səfəri zamanı keçirilib. Mərasimdə o vaxtkı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak edib. (Yəqin ki, Mahmudovun ardınca Abbasovun nazirliyində keçirilən həbsləri və MTN-dəki qruplaşmanın bu nazirliyə necə aylıq “haqq” kəsdiyini xatırladınız-red.)

Mənbələrimiz deyir ki, A.Kərimov hazırda ölkədə deyil. E.Mahmudovun şər imperiyasının çökməsindən sonra Azərbaycanı tərk edib, çox güman ki, Moskvadadır…

Londondakı 100 minə yaxın mülkün sahibləri arasında A.Kərimovun şirkətinin və ya Mahmudova bağlı digər benefisiarların izlərini tapmaq üçün araşdırmalarmızı davam etdirəcəyik./Virtualaz/
804 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40