Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Keçmiş arvadı Bağdadi ilə gizli həyatından danışdı

Mən normal bir professor ilə evlənmişdim. Onun dünyanın ən təhlükəli terror təşkilatının liderinə çevrilməsi mənim üçün hələ sirrdir.

Bu sözləri İŞİD lideri Əbubəkr Bağdadinin keçmiş həyat yoldaşı Saca Hamid Dulaimi deyib.

“Mən normal və ailəsinə bağlı bir professorla evlənmişdim. Hər gün işə gedib və evə qayıdırdı. Heç bir radikal qruplaşmalarda iştirak etmirdi. Onun dünyanın ən təhlükəli terror qruplaşmasının liderinə çevrilməsi mənim üçün hələ də sirrdir”, - Dulaimi bildirib.

Keçmiş ərinin olduqca gizli xarakterə malik olduğunu bildirən Dulaimi sonradan onunla yaşaya bilmədiyini vurğulayıb:

“Onunla normal danışmaq mümkün deyildi. Xoşbəxt deyildim və ayrıldım. Üstəlik, Bağdadi ilk həyat yoldaşına qarşı haqsız idi. Bu da məni çox narahat edirdi”.

Qeyd edək ki, Saca Hamid Dulaimi İŞİD lideri Əbubəkr Bağdadinin ən məşhur həyat yoldaşı olaraq tanınırdı.
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09