Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Dünyaya təhdid olan ABŞ-a nüvə zərbəsi endiriləcək

“Əgər Vaşinqton Koreya Xalq Demokratik Respublikasının müstəqilliyinə qəsd etməyə çalışarsa, Pxenyan bütün vasitələrlə amansız zərbə vurmaq niyyətindədir”.

“RİA-Novosti” xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyinin şərhində deyilir.

“Nüvə zərbəsi də daxil olmaqla bütün vasitələrlə amansız zərbə vuracağıq. Bununla da müstəqilliyimizə, region və dünyaya olan təhdidin tamamilə kökünü kəsəcəyik”, - şərhdə bildirilir.

Xatırladaq ki, Şimali Koreyanın xarici işlər naziri Li Su Yen də bir neçə gün əvvəl SİTA-ya müsahibəsində ABŞ-ı nüvə zərbəsi ilə hədələyib. O, bildirib ki, ölkəsinin ordusu ABŞ-ın düşmən hərəkətlərinə cavab olaraq qabaqlayıcı nüvə zərbəsini vurmağa hazırdır.

2015-ci ilin iyulunda Pxenyan hakimiyyəti rəsmən elan edib ki, nüvə proqramının dondurulmasında maraqlı deyil.

2009-cu ildə isə Şimali Koreya Rusiya, ABŞ, Yaponiya, Çin və Cənubi Koreyanın iştirakı ilə keçirilən nüvə proqramı üzrə danışıqları tərk edib. Şimali Koreya 2005-ci ildən nüvə dövlətidir.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00
İranda terror qrupu z