Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Ölkədə tələbə üsyanı yetişir

Təhsil haqqına görə universitetdən xaric edilən tələbələr ayağa qalxa bilər

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir. Əldə etdiyimiz məlumata görə, bu il vəziyyət daha acınacaqlıdır.

Əgər əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. Deməli, təhsil haqqını ödəyə bilmədiyinə görə bu il ali məktəblərdən xaric edilənlər bəlkə də son 3 ildəki qədər olacaq. Qeyd edək ki, hələ qış sessiyasında bir çox universitetlərdə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmırdı. Indi yay sessiyası gəlir və problem daha da dramatikləşib.

Bundan başqa tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini ödəmək üçün işləmək məcburiyyətindədirlər. Bu halda da dərslərə yiyələnmək çətinləşir və həmin tələbələr əksər hallarda imtahanları kəsirlə başa vururlar. Nəhayət, imkansızlıq üzündən işləməyə məcbur olan və imtahanları kəsirlə başa vuran bu tələbələr də ali məktəblərdən xaric olunur. Bütün bunlar, xüsusilə təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxması an məsələsidir. Məlumata görə, hətta Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı Ilham Əliyevə xüsusi hesabat təqdim edib. Həmin hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür./azadlıq/
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı