Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Çürük siyasətin rüsvayçı nəticəsi

Yolsuzluğun pis yola saldığı vətəndaş

Ölkəmizin adı “qara siyahı”lardan çıxmır. Son 23 ildə ölkədə elə bir sistem quruldu ki, bütün yollar qaranlığa apardı. Ölkədə normal hökumət olmayanda təkcə iqtisadiyyat zəifləmir, təkcə ədalətsizlik hökm sürmür, təkcə seçkilər saxtalaşdırılmır, təkcə repressiyalar güclənmir, təkcə təhsil, səhiyyə məhv edilmir, həm də mədəniyyət, əxlaq, təfəkkür, düşüncə zədələnir.

Həqiqətən də bu hakimiyyətin yürütdüyü siyasət utanc hiss yaradıb. Insanlar o qədər məngənəyə salınıb ki, problemlər o qədər boy atıb ki, vətəndaşlar ölkədən qaçmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, xaricə üz tutanla təkcə pul qazanmaq üçün gedən kişilər deyil, indi Azərbyacan qadınlarının səsi də xarici ölkələrdən gəlir. Həm də ən utandırıcı formada, ən pis nümunlərdə. Əgər bu varlı ölkə fəlakət zonasına çevrilməsəydi, Azərbyacan qadınının səsi Dubaydan, Türkiyədən və digər ölkələrdən gəlməzdi.


Bugünlərdə Türkiyənin Aydınlı bölgəsində, Nazilli rayonunda yerli hüquq mühafizə orqanları əxlaqsızlıq yuvalarında əməliyyat keçiriblər. 10 ayrı ünvanda eyni vaxtda keçirilən əməliyyat zamanı 25-45 yaş arası 19-u azərbaycanlı qadın saxlanılıb.

Bu qadınları hansı səbəblər ölkədən qaçırdıb, bu qadınları kimlər bu yola salıb, bu qadınları kimlər xaricə ölkələrə satır? 70 illik sovetlər dönəmində Azərbaycanda bu qədər əxlaqsızlıq yox idi, amma 23 illik YAP hakimiyyəti dövründə əxlaqsızlıq sərhəd tanımadı. Yarıtmaz siyasət nəticəsində ailələr başsız qaldı, kişilər çörək pulu üçün ölkə xaricinə üz tutdu və nəhayət, əxlaqsızlıqla məşğul olan qadınların sayı da artdı.

Birmənalı şəkildə demək olar, bu neqativ tendensiya anti-xalq siyasətindən qaynaqlandı. Azərbaycan milyonçular ölkəsi, dilənçilər vətəninə çevrildi. Bu hakimiyyətin siyasəti nəticəsində ölkəmiz dünyaya qadın ixrac edir. Dünya bazarına Azərbaycanın kənd təsərrüfatı məhsulları, texnologiyası, elmi, kinosu deyil, qadınları çıxır.

Bəli, avtoritarizm həm də əxlaqsızlığı çiçəkləndirir, bütün dəyərləri şikəst edir, mədəniyyətsizlik mühiti yaradır, şəxsiyyəti alçaldır və s.

Hökumət dünyaya yol göstərmək iddiasına düşüb, amma ölkə vətəndaşları pis yola düşüb. Bu hakimiyyət bu ölkəyə yalnız pis ənənələr gətirdi və təhlükəli gələcək vəd edir./azadlıq/
642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44