Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Həbsdəki MTN generalı intihara cəhd edib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyev həbsxanada intihara cəhd edib. Criminal.az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Quliyev özünü saxlanıldığı kameradan asmaq istəyib. Lakin həbsxana nəzarətçilərinin vaxtında yetişməsi sayəsində, generalın istəyi baş tutmayıb. Mənbə sabiq baş idarə rəsinin hansı səbəbdən intihara cəhşd etdiyi barədə bilgisiz olduğunu vurğulayıb.

O bildirib ki, böyük ehtimalla bu fikrə düşməsinə səbəb həbsxanaya düşməsi ilə barışmamasıdır. Çünki Elçin Quliyevin bir neçə dəfə həbsə düşməsinə dözə bilmədiyi, bunu həzm etmədiyini dilə gətiribmiş.

Məlumat redaksiyamıza gec daxil olduğundan dəqiqləşdirmək imkanımız olmayıb. Məsələ ilə bağlı əlavə məlumatlar toplayaraq, oxuculara təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, MTN işi ilə əlaqədar olaraq həbs olunanlardan biri, Anti-Terror Mərkəzinin sabiq idarə rəisinin müavini İlqar Əliyev də ötən ilin sonlarında həbsxanada intihar edərək, dünyasını dəyişib./jam/
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat