Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

İŞİD terrorçusu Fransaya verilir

Brüssel məhkəməsi cümə axşamı Paris teraktlarının iştirakçılarıdan olan İŞİD-çi ilə bağlı qərarını verib.

Avro Nyus xəbər verir ki, Salah Abdeslamın Fransaya ekstradisiyası haqda razılığa gəlinib.

Verilən məlumata görə, Abdeslam özü Fransa hakimiyyətinə təhvil verilməsini istədiyini deyib.

Salah Abdeslam Paris terrorunu törədən İŞİD-çilər arasında sağ qalmış yeganə terrorçudur.

Xatırladaq ki, ötən il noyabrın 13-də Parisdə törədilən 6 terror aktı nəticəsində 132 nəfər ölüb, ən azı 300 nəfər yaralanıb.

26 yaşlı Fransa vətəndaşı 18 mart tarixində Brüsseldə keçirilən xüsusi əməliyyat nəticəsində tutulub.
635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı