Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Bәrdәdə mәcburi köçkünlәr aksiya keçiriblər

Bәrdә rayonunun Həsənqaya kəndində, Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində yeni mәnzillәrә köcәn mәcburi köçkünlәr etiraz aksiyası keçiriblər.

İnformasiyanı Bərdə rayon polis idarəsi verib.

Polis idarəsinin növbətçisi Azər Zeynalovun sözlərinə görə, mәcburi köckünlәr Yevlax-Ağdam magistiral avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə gələn rayon icra hakimiyyәtinin və rayon polis şöbәsinin әmәkdaşları ilə danışıqdan sonra onlar yoldan çəkiliblər. Məcburi köçkünlərin əsas tələbi yaşadıqları mənzillərin istilik sistemleri ilə təmin edilməməsidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları problemin yaxın bir neçə gün ərzində hәll edilәcәyini deyib./ans/
1790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP