Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Suriya sülh danışıqlarında hakimiyyətin təmsilçisi məlum olub

Suriya sülh danışıqlarında hakimiyyəti təmsil edəcək şəxs məlum olub.

SalamNews-un "əl-Həyat" qəzetinə istinadla verdiyi xəbərə görə, ötən gün Suriya sülh danışıqlarına hazırlıq məqsədilə Cenevrədə keçirilən hazırlıq toplantısında iştirak edən rusiyalı diplomatlar “Cenevrə-2” sülh danışıqlarında Suriya hakimiyyətini ölkənin xarici işlər naziri Valid əl-Muallimin sədrlik etdiyi heyətin təmsil edəcəyini bildiriblər.

Lakin ölkə müxalifətinin hansı şəkildə və kimlər tərəfindən təmsil ediləcəyi açıqlanmayıb.

Rusiyalı diplomatların fikrincə, Suriya müxalifəti bu mövzuda ixtilafda qalarsa, sülh danışıqları təxirə düşə bilər.

Bildirək ki, Suriya ilə bağlı sülh danışıqlarının gələn ayın 22-də Cenevrə və ya digər bir Avropa şəhərində keçirilməsi nəzərdə tutulub.
1643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21