Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Müsəlmanları hədələyən şəxsə cəza verildi

Hollandiyada Feysbuk sosial şəbəkəsində müsəlmanlara qarşı irqçi və şiddət məzmunlu paylaşım edən şəxsə cəza verilib.

Paris teraktından sonra Feysbukda “Hər günahsız üçün 20 müsəlman həbs edilərək güllələnməlidir” yazan 59 yaşlı şəxsin məhkəməsi Qroningendə baş tutub.

Müsəlmanların şikayətindən sonra məhkəməyə çıxarılan müttəhim 80 saat icbari əmək cəzasına məhkum edilib.

Müttəhim bütün müsəlmanları nəzərdə tutmadığını desə də, hakim sosial şəbəkələrdə belə yazıların yolverilməz olduğunu bildirib.
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber