Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Ərdoğanın mühafizəçiləri ilə bağlı insidentə ABŞ-dan reaksiya

ABŞ Dövlət Departamenti Türkiyə prezidenti RəcəbTayyib Ərdoğanın mühafizəçiləri ilə etirazçılar arasında baş verən insidenti dünən ehtiyatlı ifadələrlə şərh edib.

"RİA Novosti"nin xəbərinə görə, Dövlət Departamentinin nümayəndəsi Elizabet Tryudo bildirib ki, onlar Brukinqs İnstitutunda türkiyəli mühafizəçilərlə nümayişçilər arasında insidenti görüblər: "Biz dəfələrlə bildirmişik ki, ifadə azadlığı və dinc etirazlara hörmətlə yanaşırıq. Dins etirazçılara qarşı zorakılıq yolverilməzdir".

Bununla yanaşı, Elizabet Tryudo həmin hadisədən sonra institutun özündə baş verən olayı - Ərdoğanın çıxışının təşkilatçılarının jurnalistlərin ona sual verməsini yasaqlamasını şərh etməyib.

"Əgər siz özəl institutda medianın iştirakı ilə baş verənlər barədə soruşursunuzsa, mən sizi Brukinqs İnstitutuna yönəldirəm", - Tryudo deyib.

Qeyd edək ki, az öncə Ərdoğan Brukinqs İnstitutunda çıxış edib. Bir neçə jurnalist onun çıxış etdiyi zala daxilolmaq istəyib. Lakin onlar prezidentin mühafizəçilərinin müqaviməti ilə qarşılaşıb. Vaşinqton polisi mühafizəçilər, jurnalistlər və Ərdoğanın siyasətinə qarşı aksiya keçirənlər arasında qarşıdurmaya müdaxilə etməli olub.



649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi