Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Rusiyanın ABŞ-dan tələbi: Türkiyə sərhədi bağlamalıdır

Rusiya ABŞ qarşısında Türkiyə-Suriya sərhədinin bağlanmasının vacibliyi məsələsini qaldırıb.

Bu barədə "RİA Novosti" xəbər yayıb. Xəbərdə bildirilir ki, bu məsələ Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasındakı telefon danışığı zamanı gündəmə gətirilib.

"Sergey Lavrov bir daha diqqətə çatdırıb ki, Türkiyə-Suriya sərhəddi "dəlik" kimi qalır və bizdə olan məlumata görə, buradan terrorçuların Suriyaya keçməsi üçün istifadə olunur. Bu səbəbdən sərhədin bağlanması tələbi irəli sürülüb", - Rusiya XİN-in məlumatında bildirilir.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP