Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Ziya Məmmədovun “sağ əli”nin ermənilərlə şərikliyi ortaya çıxdı

İkili vətəndaşlığı olan Qulam Ələkbərov ölkədən qaçmalı olub, onun hüquqlarını Aleksandr Karapetyan qoruya bilər

Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamlarından biri kimi tanınan Qulam Ələkbərovun həbsi gündəmə gəlib. Mötəbər mənbələrdən daxil olan məlumata görə, nəqliyyat nazirinin "sağ əli" kimi tanınan Ələkbərovun ikili vətəndaşlığı və kriminal aləmlə əlaqələrinin üzə çıxması onun "bitirilməsi"nə rəvac verib.

Beləki, həm Azərbaycanın, həm də Ukraynanın vətəndaşlığını daşıyan, qanunvericiliyə zidd olaraq, ölkədə bizneslə məşğul olan bu şəxsin fəaliyyəti son günlər mediada təsadüfən gündəmə gəlməyib. Dövlət qurumlarında yaxın adamlarını yüksək vəzifələrə təyin etdirərək, onlara "krişa"lıq edən Ələkbərovla bağlı sensasion məlumatlar yayılıb. Bundan başqa Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortaq olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır.

Saytın əldə etdiyi məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. Dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi erməni Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Onunla bağlı daha ilginc məlumatlar yayılmaqdadır.

Azerinews.org-a verilən informasiyada oda bildirilir ki, onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan, həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.

Bundan başqa, Ələkbərovun Ukraynda xeyli sayda kriminal aləmlə əlaqəsi olan şəxslə əlaqəsi var. Bütün bunlar isə Ziya Məmmədova yaxın olan Ələkbərovun sonunu yaxınlaşdırıb. Məhz bu üzdən də Ələkbərov həbs təhlükəsindən yayınmaq üçün bir müddət ölkəni tərk etmək məcburiyyətində qalıb.

Mənbə onuda bildirir ki, yaxın günlərdə Qulam Əlkəbərovu ciddi sürprizlər gözləyir. Onun vəzifədə olan yaxın adamlarının da sıradan çıxarılması qaçılmazdır./azerinews/
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...