Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Oğlu həbs olunmuş qadın özünü yandırmaq istədi - SAATLIDA

Problemə səbəb isə Yerli Su-Kanal İdarəsinin əməkdaşlarıyla borcu vətəndaş arasında yaranmış mübahisə olub

Bu gün günorta saatlarında Saatlı rayon Məhkəməsinin binası önündə intihara cəhd olub. Bu barədə hadisə yerində olan rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, Asiya adlı qadın oğlunun haqsız yerə həbs edilməsinə etiraz edərək, üzərinə benzin tökərək, özünü yandırmaq istəyib. Əraziyə gəlmiş polis əməkdaşları qadının özünün yandırmasının qarşısını almağa çalışıblar. Yaxınlıqda olan rayon sakinlərindən birinin onun əlindən kibriti alması ilə intihar cəhdinin qarşısı alınıb.

Bundan sonra qadın qışqıraraq fəryad edib. Daha sonra isə ürəyi gedərək, yıxılıb. Onu Saatlı Polis Şöbəsinə aparıblar.

Bu əsnada, məlum olub ki, Asiya adlı Saatlı sakininin intihara cəhd etməsinə səbəb olmuş həbs məsələ supulu ilə bağlı olub. Belə ki, qadının oğlunun istifadə etdiyi suya görə borcu olub. «Azərsu»nun əməkdaşları onun evinə verilən suyu kəsərək, borcu ödədikdən sonra açacaqlarını deyiblər. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Su-Kanal İdarəsinin əməkdaşları əraziyə polis çağırıblar və oğlan saxlanılıb. Daha sonra isə onun həbsi barədə Saatlı Məhkəməsi qərar çıxarıb./jam/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber