Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Eldar Mahmudovun qohumları yenidən vəzifəyə qayıdır

Ötən ilin oktyabr ayında işdə çıxarılan Eldar Mahmudovun hələ də həbs edilməməsi bəzi suallar yaratdığı bir vaxtda, ləğv olunmuş MTN-in sabiq şefinin qohumlarının yenidən reabilitasiyası başlayıb. Qeyd edək ki, nazir işdən çıxarıldıqdan sonra məlum olmuşdu ki, o, 80-ə yaxın qohumunu MTN-in müxtəlif strukturlarında işə düzəldib.
O cümlədən digər nazirlik və komitələrdə də E.Mahmudovun xeyli qohum-əqrəbasının işlədiyi məlum olmuşdu. “Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, sabiq nazirin bacısı oğlu olduğu deyilən Rəşad Musayev yenidən təhsil aldığı akademiyaya qaytarılıb. R. Musayevin adı dəyişmiş MTN-in Akademiyasinda ııı kursda oxuduğu, amma dayısı ilə bağlı problemlər səbəbindən təhsildən ayrıldığı deyilir. Onun əmisi Fərid Musayevin də işə bərpa olunduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub.
Ə.Şəfiyev Eldar Mahmudovun yaxın qohumu - əmisi qızının həyat yoldaşıdır. İddiaya görə, Əli Şəfiyev Eldar Mahmudovun nazir olduğu 11 ildə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub, qohumu olan nazirin təqdimatı ilə 1 orden, 2 medalla təltif olunub.
Eldar Mahmudovun yaxın adamlarının yenidən reabilitasiyası sabiq nazirin həbs ediləcəyi ilə bağlı məlumatları qismən kölgə altına da alıb./Yeni Müsavat/
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat