Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

İraq ordusu böyük Mosul əməliyyatına yenidən start verdi

İraq ordusu hava şəraitinə görə, fasilə verdiyi Mosul əməliyyatına yenidən başladığını açıqlayıb.
Regiondakı İraq ordusu komandanlarından general Lətif Haşim Anadolu müxbirinə verdiyi açıqlamasında, İŞİD yaraqlılarının dünən gecə hücuma keçməsi, qarşıdurmaların başladığını və indiyə qədər onlarla yaraqlının öldürüldüyünü qeyd edib.

İŞİD-in gücünü nümayiş edərək, hücuma keçdiyini deyən Haşim, regiondakı son vəziyyətlə bağlı belə bir açıqlama verib: “İraq əsgərləri Mahmur cəbhəsinin cənubundakı kəndləri nəzarət altına almağı bacarıb və irəliləyişinə davam edir. İŞİD, hücuma cəhd etməsinə baxmayaraq, geri çəkilir. Terrorçular əlindəki kəndləri bir-bir itirir. Dünən gecə bir ərazidə mühasirəyə alınan yaraqlıların əksəriyyəti zərərsizləşdirilib".
İŞİD-in hücum üçün daha çox gecəni seçdiyini deyən Haşim, gündüz saatlarında isə katyuşa raketləri ilə Mahmur rayonundakı hərbi bölgələri hədəfə aldığını söyləyib.

Regionda hazırda gərgin qarşıdurmanın baş vermədiyini dilə gətirən Haşim, İŞİD hədəflərinin uzun mənzilli katyuşa raketləri ilə davamlı şəkildə vurulduğunu qeyd edib./deyerler/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber