Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Həbs edilən satirik şairin anasından tükürpədən məktub

«Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər»

Bir müddət əvvəl həbs edilən satirik şair Tofiq Həsənlinin anası Zərə Cəlalova “Azadlıq” qəzetinə müraciət edib. Onun müraciəti oğlunun haqsız həbsilə bağlıdır. Zərə xanım yazır: “Mən Tofiq Həsənlinin anasıyam. Oğlum şeir yazdığına görə onu həbs ediblər. Tofiqə zamanın Sabiri deyirlər. Mənə yalan danışmaq ayıb olar. Tofiq müqəddəs yerlərin hamısını ziyarət edib. Tofiqin mərsiyələri məclislərdə deyilir.

Mən əl xəttiylə yazıram, qüsura baxmayın. 70 il əvvəl oxumuşam, yaşım 80-nə çatıb. Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər. Deməyə sözüm çoxdur, amma hamısını deyə bilmirəm”.


Qeyd edək ki, Tofiq Həsənli satirik şeirləri ilə tanınıb. O, şeirlərini öz səsləndirməklə sosial şəbəkələrdə yayırdı. Tofiq Həsənlinin hədəfində rüşvət, yalan, əliəyrilik, qısası bütün naqisliklər idi. Bu baxımdan onun şeirləri Azərbaycan hakimiyyətini də narahat edirdi. Nəhayət, parlament seçkilərilə bağlı yazdığı satirik şeir onun həbsini şərtləndirdi. Hakimiyyət bu şeirdən sonra onu şərləyərək həbs etdi. Onu da qeyd edək ki, Tofiq Həsənlinin həbsi bir neçə gün gizlədilib. Onun oğurlanması barədə məlumatların dərc olunmasından sonra hüquq-mühafizə orqanları Tofiq Həsənlinin həbsi barədə məlumat yaymağa məcbur oldu.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15