Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Siyavuş Novruzova tutarlı cavab

Bəşir Süleymanlı: «Anar Məmmədliyə qarşı ittihamlara 308-ci maddənin əlavə olunması, bu həbsin siyasi olmasını bir daha sübut edir»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbsi cəmiyyətdə və dünyada hakimiyyətin fərqli fikrə qarşı növbəti repressiyası və vətəndaş cəmiyyətinin boğulması kimi qiymətləndirildi. Qeyd edək ki, Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilat 9 oktyabrda keçirilən prezident seçkilərinə mənfi rəy vermişdi və seçkilərin tamamilə saxtalaşdırıldığını bəyan etmişdi. Ona görə də çoxları bu həbsi hakimiyyətin seçki qisası kimi dəyərləndirir.

Baş Prokurorluğun Anar Məmmədli ilə bağlı bəyanatında isə bildirilir ki, Anar Məmmədlinin azad edilməsi barədə tələbləri Azərbaycanın məhkəmə hakimiyyətinə və prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk.

YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Mediaforum”a müsahibəsində bildirib ki, Anar Məmmədlini seçkinin qurbanı kimi təqdim edənlər səhvə yol verirlər və bu həbs siyasi deyil: “Vəzifəsindən, sosial durumundan, peşəsindən, hansı partiyanın üzvü, hansı QHT-nin rəhbəri olmasından asılı olmayaraq bütün insanlar qanun qarşısında bərabərdir. Heç kimi durduğu yerdə həbs etmirlər. Hüquq mühafizə orqanları qanunun pozulduğu haqda məlumat alır, bunu dərindən araşdırır və addım atır. Əgər kimsə özünü günahsız sayırsa, əlində faktı, sübutu varsa, buyursun bunu məhkəmədə sübut etsin. Anar Məmmədli qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmaqda ittiham olunur. Anar Məmmədliyə görə o qurumlar bəyanat verir ki, Anar onların tapşırığın yerinə yetirir. Ancaq bu məsələ Azərbaycanın daxili işidir və onlara heç bir aidiyyəti yoxdur. Onu seçkinin qurbanı kimi təqdim etmək səhvdir və seçki haqqında qeyri-obyektiv hesabat dərc edənlər yalnız onlar deyil. Anar Məmmədli qrant qarşılığında ondan tələb olunan rəyi yazıb. Ancaq bunun Anarın həbsinə aidiyyatı yoxdur” - deyə Siyavuş Novruzov bildirib.

SMDT-nin icraçı direktoru Bəşir Süleymanov Siyavuş Novruzovun fikirlərin tam əsassız adlandırdı və prosesin qurama olduğunu bildirdi: “Bizə qarşı qaldırılan ittihamlar və Anar Məmmədlinin həbsi absurddur. Anar Məmmədli heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb, vergidən yayınmayıb. 3 ay öncə vergi yoxlaması olub və yoxlamanın nəticəsi olaraq akt tərtib olunub. Sonradan bizim bu ittihamlarla məsuliyyətə cəlb olunmağımız prosesin qurama olduğunu göstərir. Əgər doğurdanda vergidən yayınma faktı varsa, bunu Vergilər Nazirliyi yoxlamalı idi. Ancaq birbaşa prokurorluğun bu işə cəlb olunması baş verənlərin əsl səbəbini göstərir. Siyavuş Novruzov bunu qanunsuz sahibkarlıq, vergidən yayınma olduğunu söyləyir. Bəs, digər maddə niyə tətbiq olunur? 308-ci maddə seçkilərin nəticələrinə təsir ediləcək şəkildə yalan məlumat verməyi nəzərdə tutur. Bu maddənin işə əlavə olunması, bu həbsin siyasi olduğunu göstərir”.

Bəşir Süleymanlı onu da əlavə etdi ki, Azərbaycan hökumətinin müxtəlif strukturları da zaman-zaman xaricdən maliyyə yardımı alır: “Müstəqil təşkilatlara qarşı hər zaman maliyyə ittihamı olub. Bir müddət öncə bizim qrant aldığımız USAID-dən, deputat Əli Hüseynovun rəhbərlik etdiyi AHK-də 1.5 milyon maliyyə yardımı alıb. Əgər xaricdən maliyyə yardımı almaq kimlərinsə sifarişin yerinə yetirməkdirsə, bəs bunun adı nədir? Hətta Müdafiə Nazirliyi, DIN, Ədliyyə Nazirliyi müxtəlif vaxtlarda xaricdən maliyyə yardımı alıb. Hətta MSK da müəyyən dövrlərdə ABŞ-dan maliyyə yardımı alaraq öz fəaliyyətlərində istifadə edib. Bunlar kimin sifarişin yerinə yetirir? Göründüyü kimi bizə qarşı səslənən ittihamlar əsassızdır və arxasında siyasi maraqlar durur”./azadlıq/
1684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33