Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Rusiya “Türkiyə-İŞİD” dosyesini BMT-yə təqdim etdi

Təqdim edilən sənəddə Türkiyənin qeyri-qanuni yollarla Suriyada İŞİD-in nəzarətində olan əraziyə silah avadanlıqları göndərdiyi göstərilir. Həmçinin, Türkiyə Milli Kəşfiyyat Təşkilatının da adı iddialarda çəkilib.

Sənəddə, Türkiyədən İŞİD hərbi qüvvələrinə silah sursat göndərdiyi, həm də yemək və məntiqi yardım göstərildiyi qeyd edilib.

Türkiyədəki bəzi yardım vəqfləri (Xalq və Azadlıqları müdafiə vəqfi, Xeyriyyə Vəqfi, Beşar vəqfi) vasitəsilə İŞİD-ə silah –sursat və yardım göndərildiyi də qeyd olunub. Milli Təhlükəsizlik Təşkilatı isə bütün bu işlərin arxasındakı “ gizli sponsor” kimi qələmə verilib.

Başqa bir iddia isə, Türkiyənin Suriyaya kimyəvi silah göndərməsidir. Rusiya iddia edir ki, Türkiyə Azez, Qamışlı və Cerablus'taki sərhəd xətti istiqamətində Suriyaya partlayıcı maddə və kimyəvi maddə göndərir.
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber