Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

03 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Aprelin 03-də hava şəraitinin bəzi yerlərdə dumanlı, çiskinli olacağı, səhər və gündüz şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:10