Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Ərəbistanda şiə məscidlərindən, azan səslənməsinə qadağa qoyuldu

Səud rejiminin rəsmiləri, Ehsa vilayətinə aid Həfuf şəhərinin şiə məscidlərində azanın səslənməsinə qadağa qoymaqla bərabər, həmin məscidlərdə Cümə namazı xütbələrini məhdudlaşdırılma hökmünü vermişlər.
“Shia News”-un verdiyi xəbərə görə Səudiyyə Ərəbistanı rejiminin rəsmiləri, ölkənin şərq hissəsində yerləşən Ehsa vilayətinə məxsus Həfuf şəhərində mövcud şiə məscidlərində azan səslənməsinin qarşısın alıblar.
Xəbər agentliyinin verdiyi məlumata əsasən, şiələrin azan verməsinə qoyulan qadağa hökmü həftənin çaharşənbə günündən icraya qoyulmuşdur.
Bu azmış kimi, cümə namazının xütbəsini məhdudlaşdıraraq, məscidin iş rejimini günorta saat 12:30-dan ötməməsini tələb etmişdirlər.
Olaydan kifayətlənməyən Səudiyyə Ərəbistanı rəsmiləri şiələri daha çox zərbə altında qoymaq qəsdi ilə, Ayətullah Hüseyn Razini – rejimdən gileylənmə ittihamı ilə azadlıqdan məhrum etmişdir.
2011-ci ildən etibarən baş verən İslami oyanışının əvvəlində, yaxın asiya və şimali afrikaya daxil olan bir çox ərəb olkələri, xüsusilədə Səudiyyə Ərəbistanı - hakim rejim əleyhinə keçirilmiş küçə yürüşləri (mitinqlər) arenasına çevrilmişdir.
Bu etirazlar, əsasən də Ərəbistanın şərqində şiələrin məskunlaşdığı bölgələrdə daha şiddətlə izlənildi. Həmin ərəfələr idi ki, Səudiyyə Ərəbistanı rəsmiləri, baş qaldıran ictimai etirazlara qarşı şiddət göstərərək, yüzlərlə şəxsi şəhadətə yetirmiş, bir o qədər də vətəndaşının kütləvi həbslərə məruz qalmasına bais olmuşdur.
Beynəlxalq insan hüquq normalarının müdafiəsi, o cümlədən, “Amnesty International” təşkilatı sərt şəkildə tənqid etməklə reaksiya görtərmələrinə baxmayaraq - Səudiyyə Ərəbistanının gördüyü məhdudiyyət tədbirləri - həmin ölkənin etiraza qalxmış vətəndaşlarına qarşı yönəltdiyi şiddətli müdaxilələrin icrası ilə davam edir.
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber