Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Mosulda genişmiqyaslı əməliyyat: 37 ölü

İraqın Mosul şəhərində əks-hücuma keçən İŞİD-çilərdən 37-si öldürülüb.

Bu barədə Mosul Əməliyyatları Komandanlığı məlumat yayıb.

Məlumata görə, Mosulun Nasir və Xerberdan qəsəbələrinə doğru irəliləyən İŞİD-çilər böyük itki verib.

Öldürülən terrorçuların sayının 37-i olduğu bildirilib.

Qeyd edək ki, İraq ordusu Mosulu İŞİD-dən azad etmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.
723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber