Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Barselona" "Real"la bacarmadı

İspaniya La Liqasında 31-ci turun oyunları davam edir.

İkinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

"Atletiko" (Madrid) evdə "Betis"i qəbul edib və 5:1 hesabı ilə qalib gəlib. "Valensiya" isə səfərdə "Las Palmas"a 1:2 hesabı ilə uduzub.

Bütün dünyanın maraqla gözlədiyi "El-Klassiko" bu axşam keçirilib. Əzəli rəqiblər - "Barselona" və "Real" "Nou-Kamp" stadionunda üz-üzə gəlib. Kataloniya təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Lakin fasilədən sonra hesabı açan "Barselona" üstünlüyünü sonadək qoruya bilməyib - 1:2.

Qeyd edək ki, La Liqada 31-ci tura aprelin 4-də keçiriləcək "Levante" – "Sportinq" oyunu ilə yekun vurulacaq.

"Barselona" - "Real" (Madrid) - 1:2

Qollar: Pike, 56 (0:1), Benzema, 62 (1:1), Ronaldo, 85 (1:2)
Qırmızı vərəqə: Serxio Ramos, 83 ("Real")
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber