Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

İran: "Regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur"

Azərbaycan və Ermənistan qoşunları arasında baş vermiş toqquşma region ölkələrinin xeyrinə deyil.

Bunu İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi deyib. O bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir: “Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki, bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır. Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsarinin də bəyanatı yayılıb.

“Hər iki qonşu ölkəni səbrli və təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılan hər bir addım vəziyyəti daha da çətinləşdirə bilər. Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik ki, hər iki ölkə yaranmış münaqişəniBirləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”, – deyə bəyanatda bildirilir./apa/
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11