Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Ağ Ev: Obomba güzəştə hazırdır

ABŞ prezidenti Barak Obama büdcə məsələsi ilə bağlı qısamüddətli güzəştə hazırdır.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin Obamanın Demokrat Partiyasından olan konqresmenlərlə görüşünə dair yaydığı bəyanatda bildirilir.

"Prezident Nümayəndələr Palatasında müvafiq qətnaməyə dəstək verdikləri üçün demokratlara təşəkkür edib. Obama həmçinin respublikaçıları dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı məsələyə dair səsvermə keçirməyə imkan yaratmağı çağırıb”, - deyə Ağ evin bəyanatında vurğulanıb.

Defolt təhlükəsi aradan qaldırıldıqdan və dövlət qurumları fəaliyyətini bərpa etdikdən sonra Obama büdcə danışıqlarına hazır olduğunu bəyan edib.
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber