Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Bu il doğuş zamanı 24 ana itirmişik

Görülən işlərin nəticəsində ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Hazırda Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı azalıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qeysəriyyə kəsiyi əməliyyatına dair edilmiş dəyişikliklə bağlı keçirilmiş mətbuat konfransıda bildirilib.

Anar Qədirlinin sözlərinə görə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamtlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Perinatal mərkəzlərin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması və s. tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir: "Əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 24 ana ölümü faktı baş verib".

Qeyd edilib ki, ötən il 224354 hamilə qadın qeydiyyata götürülmüşdüsə, bu il bu rəqəm hələ ki, 228372 nəfər təşkil edir (Trend).

Xatırladaq ki, bu statistika məhz "qeydə alınan"dır. Qeydə alınmayan və statistik hesabatlara düşməyən ölümlərin isə daha çox olduğu istisna edilmir.
1617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat