Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

İran İslam Respublikası Azərbaycana kömək təklif etdi

Zakir Həsənov Hüseyn Dehqanla danışdı.

Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə Azərbaycan MN-dən bildiriblər.

Məlumata görə, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib./oxu/
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü