Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı - FOTO

Elnur Əliyev qəhrəmancasına şəhid olub.

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

E.Əliyev Füzuli rayonunda dəfn olunub. 

Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Elnur Əliyev Füzulinin Dədəli kəndindəndir, ailəlidir./qaqazinfo/


741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber