Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

AİP-in Ruhanilər İdarəsinə müraciəti

Azərbaycan İslam Partiyası dekabrın 20-də keçirdiyi dəyirmi masadan QMİ-nin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamışdır.

Müraciətdə deyilir;
“Hörmətli Hacı Allahşükür Paşazadə! Sizə məlumdur ki, bu ilin dekabr ayının 31-i əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin(s) vəfatı, həmçinin İmam Həsənin(ə) şəhadəti günüdür. Eyni zamanda da həmin tarix bildiyiniz kimi miladi təqvimi ilə yeni il axşamı, “yolka şənliyi”, “şaxta baba” bayramıdır. Əslində ilimiz 365 gün olmaqla bu günlər arasında öz-özlüyündə fərqli və üstün olan bir gün yöxdur. Zamanın daim hərəkətdə olması və dəyişkənliyi ona əzəmət verməyi qəbul etməz. Hər bir zamanın və tarixin yaxşılığı ilə pisliyi həmin günün baş verən hadisələri ilə qiymətləndirilir, yad edilir. Deməli, zamanın şərəfi həmin tarixin insanları və ümumən bəşəriyyəti üzləşdirdiyi vaqeələrlə bağlı olduğunu dərk ediriksə, o zaman Əziz Peyğəmbərimizin vəfatı kədərini yaşamağın hər bir müsəlman üçün necə həssas bir məqam olduğunu bilməliyik.
Bizi narahat edən hal son günlər cəmiyyətdə, 97 faizi müsəlman olan, Peyğəmbərini (s) qəbul edən insanların sadaladığımız hadisələrə mahiyyətsiz yanaşmaları, bəzən isə üstünlüyün tariximizə, milli adət-ənənələrfimizə, mental dəyərlərimizə və mənəviyyatımıza uyğun gəlməyən qondarma şənlik və bayramların keçirilməsinə verilməsidir. Biz bunun başlıca səbəblərini uzun onilliklər boyu Allahsız bir rejimun təsiri və təzyiqi altında yaşamaqda görürük. Təəssüflər olsun ki, müsəlman bir məmləkətin bu günündə də əziz Peyğəmbərimizin vəfatı, imamımızın şəhadəti kimi bizi paklaşdıran məqamları mahiyyətsiz, mənəvi, həm də iqtisadi baxımdan zərərli bir janqlyorluğa qurban veririk.
Düşünürük ki, bu gün hətta Həzrət İsa Məsih həyatda olsa idi belə O Həzrət nəinki doğum gününü şənlik edərdi, hələ Öz düvründə insanları Muhəmməd Peyğəmbərin (s) gəlişi ilə müjdələməsi göstərir ki, bu günü matəm edərdi, əza saxlayardı.
Hesab edirik ki, Peyğəmmbərin (s) vəfatı gününü ümumxalq anım günü kimi keçirmək vacib məsələlərdəndir. Həmin gün televiziya kanallarında bayram şouları məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır. Ona görə ki, Allahın zati-müqəddəsindən başqa Həzrət Muhəmməddən böyük bir duha aləmdə yoxdur.
Bütöv müsəlman dünyasının bir parçası sayılan ölkəmizdə xalqımız və hər bir müsəlman üçün anılması zəruri olan belə günlərin təsadüf etdiyi qondarma şənlik ənənələri təxirə salınmalıdır. Necə ki, sadə insandan tutmuş dövlət başçısına kimi yaxın, doğma bir adamı dünyasını dəyişəndə balasının toy şənliyini belə yarımçıq buraxır, və ya dayandırır, təxirə salır. Amma bu günə görə, bütün müsəlmanlar, xalqımız və bütövlükdə bəşəriyyət onlara böyük və ülul-əzm peyğəmbər kimi göndərilən Rəsulun(s) vəfatı ilə kədərlənməlidirlər.
Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, Peyğəmbər(s) ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və Peyğəmbər sevgisi, Əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara İslamın bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması vacib olan addımların başlanğıcı olmalıdır. Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.

21.12.2013-cü il. Hörmətlə: Azərbaycan İslam Partiyası
/İslaminsesi.az/
1659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05
30% şagird 10-11-ci sinf