Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

04 apreldə gözlənilən hava şəraiti

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 9-13 dərəcə isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 10-15, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı ehtimalı var.
763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı