Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

İnternet haqqında ən qorxunc cümlə

Bloomberg onunla həbsxanada söhbətləşib

Bloomberg-in ötən həftə nəşr etdiyi müsahibə demokratiya və sağlam dialoqa əhəmiyyət verən bütün insanları qorxutdu. Məqalə “Bir seçkini necə hək edək?” adlanır. Məqalədə kolumbiyalı haker Andres Sepulveda Latın Amerikasında baş nazir və prezidentliyə namizədlərə neçə kömək etdiyindən danışır. Sepulveda öz qara veb-məharətləri ilə 8 il seçkilərin nəticələrinə əl gəzdirib. Haker Kolumbiya, Nikaraqua, Honduras,Venesuela, Kosta-Rika, Panama, Meksikada keçirilən seçkilərin nəticələrinə əl gəzdirib! Haker 2012-ci ildə Meksikada ən az tərəfdarı olan Enriko Penya Netoya onun rəqiblərini sıradan çıxarmaqda kömək edib və Enriko prezident olub. Sepulveda sosial şəbəklərdə 30 minlik ordusu olduğunu, bu ordunu minlərlə robot və mühərriklə təchiz etdiyini, ictimai fikri istədiyi istiqamətdə dəyişə bildiyini iddia edir. Andres Sepulvedanın manşetə çıxmış cümləsi: İnsanların internetdə deyilənə həqiqətdən artıq inandığını görüb qənaətə gəldim ki, onlara istədiyimi qəbul etdirmək gücündəyəm!
Andres Sepulveda 2014-cü ildə Kolumbiyada seçkilərin nəticəsinə əl uzatdığına görə 10 il azadlıqdan məhrum edilib və Bloomberg-in suallarını dəmir barmarlıqlar arxasından cavablandırıb.

Vilayet.info
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber