Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

İranda hərbi xidmət müddəti azaldılır

İranda hərbi xidmətin müddəti azaldıla bilər. Apa-nı İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahı İnsan resursları İdarəsinin rəis müavini Musa Kəmali açıqlama verib.

Onun sözlərinə görə, bu prosedura yalnız ailəli hərbçilərə şamil olunacaq: «Bununla bağlı İran parlamentinin Mədəniyyət Komissiyasına təklif verilib. Bu məsələ «İran Silahlı Qüvvələrində hərbi xidmət müddətinin azaldılması və artırılması, həmçinin ümumi vəzifə xidmətləri haqqında» qanununun A bəndinin 4-cü maddəsinə əsasən araşdırılır. Məlum olduğu kimi, ailəli hərbçilər subaylarla müqayisədə xidmət üçün yaşadıqları ərazilərin yaxınlığındakı hərbi hissələrə göndərilir. Bundan başqa, onların həyat yoldaşları da rəsmi personal sayıldığından əmək haqqı alırlar. Əgər övladları varsa, hər birinə 21 min tümən pul verilir. Eyni zamanda ailəlilər on gün məzuniyyətə də çıxırlar. Əgər İran parlamentinin mədəniyyət komissiyası təklifi təsdiqləsə, yeni qərar icraya yönəldiləcək».

Lakin M.Kəmali ailəli hərbçilər üçün xidmət müddətinin nə qədər azaldılacağını açıqlamayıb.

Qeyd edək ki, İranda hərbi xidmət müddəti 24 aydır. Ancaq bu müddət hərbi hissələrin yerləşdiyi bölgələrə görə dəyişir. İSNA hesab edir ki, ailəli hərbçilər üçün xidmət müddəti 3 ay azaldılacaq.
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23
Bakıd