Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

Mahmudovçular “Altes Group”un 10 mənzilini ələ keçirmək istəyiblər - ilginc detallar

Şirkətdən bu gün də hədə-qorxu ilə 1 milyon 200 min tələb olunur!!!

“Polad Qabulov bundan əvvəl bizi MTN-in Antiterror Mərkəzinin rəis müavini, sonradan həbs olunaraq özünü asan İlqar Əliyevlə hədələyirdi. Qabulov tələb edirdi ki, şirkətin inşa etdiyi binadan 10 mənzili onun adına rəsmiləşdirək. Deyirdi ki, həmin mənzillər sonradan İlqar Əliyevin adına rəsmiləşdiriləcək” - bu sözləri “Nur” İnsaat (“Altes Group”) şirkətinin direktoru Rüstəm Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda axtarışda olan “Altes Group”un sabiq vitse-prezidenti Polad Qabulov hazırda Dubayda gizlənir. Onun barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 2013-cü il dekabrın 16-da dələduzluq faktına görə cinayət işi başlanıb. Həmin gün Dubaya gedən P.Qabulovun şirkətə 300 min manat ziyan vurması haqda 1 gün sonra Yasamal Məhkəməsi qərar verib. Məhkəmənin digər qərarına görə P.Qabulov “Altes Group”a 700 min manat ödəməlidir. Həmin məbləği o, şirkətdə çalışdığı dövrdə mənimsəyib.

R.Abdullayev comments.az-a açıqlamasında bu gün də şantaj olunduqlarını, Polad Qabulovla idmançı Vüqar Namazovun birləşərək şirkətə qarşı qaralama kampaniyası apardıqlarını açıqlayıb: “Bu gün Polad Qabulov Vüqar Namazova vaxtilə çalışdığı şirkəti qaralayan məlumatlar ötürür. O da öz şəxsi maraqlarının təmin olunması üçün bizə qarşı çirkin kampaniya aparır. Polad Qabulov vaxtilə irəli sürdüyü qanunsuz tələbi yerinə yetirmədik deyə bu gün də şirkətə qarşı şantaj yolunu tutub. O vaxt mənə tez-tez zəng edib hədələyirdi, deyirdi ki, 10 mənzili adına keçirməliyik. Təbii ki, biz də qanunsuz tələbi yerinə yetirməkdən imtina edirdik. Həmin vaxt günlərin birində bizim iki işçimiz Mais və Abdulsalam gəlib Qabulovun ultimatumunu çatdırdılar. Qabulov deyirdi ki, əgər tələbi yerinə yetirilməsə, başımıza çuval keçirib aparacaqlar və tələb etdi ki, 10 mənzili adına rəsmiləşdirək. O vaxt mən risk etmək istəməyib ölkəni tərk edərək Qazaxıstana getdim, oradan şirkətin sahibi, möhtərəm prezidentin əmisi oğlu Fərid Əliyevə zəng edərək baş verənlər haqda onu məlumatlandırdım”.

R.Abdullayev deyir ki, Vüqar Namazovun qaçaq vitse-prezidentə dəstək verməsinin özəl səbəbləri var. Belə ki, o, 2014-cü ildə şirkətə daxil olan Yasamal rayonu, B.Bağırov küçəsində yerləşən “Emerald Palace” yaşayış kompleksində tikilini icarələyib.

Bütün bu oyunlar 2014-cü ildə başlayıb. “Nur” İnşaat şirkəti Vüqar Namazovun adamı olan Ceyhun Vəliyevlə müqavilə bağlayıb. Həmin müqaviləyə görə Namazov 2014-cü ilin sentyabrından 2019-cu ilin sentyabrına qədər hər ay kirayələdiyi tikiliyə görə 9 min manat icarə haqqı vermə öhdəliyini üzərinə götürüb. İcarəyə verənlə müqavilə bağlanarkən bütün danışıqları Vüqar Namazov şəxsən aparıb. Şərtləri razılaşdırılandan sonra isə müqaviləni formal olaraq Namazovun adamı Ceyhun Vəliyev imzalayıb. Sonradan isə Namazov müqaviləni həyat yoldaşının adına rəsmiləşdirib. Bütün bunlar tikilidə fəaliyyətə başlamış fitnes klubun sahibinin şəxsən Vüqar Namazovun olduğunu deməyə əsas verir.

Həmin tikilini V.Namazova icarəyə verəndə Fərid Əliyev, Rüstəm Abdullayev onun Vergilər Nazirliyinin əməkdaşı olmasını bilməyiblər. V.Namazovun özü də bu haqda danışmayıb, hər yerdə özünü idmançı kimi təqdim edib. Bunu ona görə edib ki, qanuna görə onun dövlət qurumunun əməkdaşı olaraq bizneslə məşğul olması yasaqdır.

Rüstəm Abdullayev deyir ki, tikilini V.Namazova icarəyə verdikdən az sonra onun icarə haqqı vermək fikrində olmadığını yəqinləşdiriblər: “2014-cü ilin mayında bizə müraciət edərək ona tikilini icarəyə verməyimizi xahiş etdi. O vaxt özünü idmançı kimi təqdim edirdi. Deyirdi ki, özünün biznesini yaratmaq istəyir, icarə haqqını da vaxtında ödəyəcəyini vəd edirdi. Müqavilənin şərtlərinə görə o, 2015-ci ilin oktyabrına qədər tikilinin təmirini yekunlaşdırmalı idi. Lakin o, təmiri yekunlaşdıra bilmədi. Biz ona təmiri yekunlaşdırmaq üçün əlavə 3 ay verdik. Ondan 3 ay icarə haqqı istəmədik”.

Bu müddət ötəndən sonra da V.Namazov icarə haqqını ödəməyib. Bunu təmir xərcləri ilə əlaqələndirib. Bu isə müqavilə şərtlərinə zidd olub. Nəhayət, 2015-ci ilin iyun ayından icarə verən tərəf V.Namazovdan icarə haqqını qəpik-qəpik də olsa almağa başlayıblar. Sonrakı 6 ay ərzində V.Namazovun icarə verənlərə 54 min manat borcu yaranıb. Halbuki həmin müddət ərzində V.Namazovun fitnes klubunda 1200 nəfər müştərisi olub. Həmin müştərilər hər ay üçün ona 80 manat pul ödəyiblər. Yəni V.Namazovun 96 min manat gəliri olduğu halda o, icarə haqqını yarımçıq ödəyib.

R.Abdullayevin sözlərinə görə V.Namazovun ayrı-ayrı banklara 600 min manat borcu var: “Bütün baş verənlərdən belə nəticəyə gəlirəm ki, Vüqar Namazov bütün yalanları və doğruları ilə məhz banklara olan borclarını ödəmək üçün 1 milyon 200 min manat tələb edir. Bizə də deyir ki, guya tikilidə təmirə məhz 1 milyon 200 min manat ödəyib. O, yalan danışır. Mən həmin tikilidəki təmirə nə qədər pul xərclənməsini müəyyən etmək üçün audit təyin etməyə hazıram. Ora maksimum 200 min manat pul xərclənib. Həmin pulu da ödəməyə hazırıq. Təki icarə müqaviləsinin şərtlərinə əməl etməyən bu şəxs tikilini boşaltsın. Üstəlik müqavilənin şərtlərinə görə bizim birtərəfli qaydada müqaviləni ləğv etmək səlahiyyətimiz var”.

R.Abdullayevin sözlərindən aydın olur ki, biznesmen - Vergilər Nazirliyinin işçisi təkcə icarə haqqını deyil, fitnes klubda istifadə edilən elektrik enerjisinin haqqını da ödəməyib. Ona görə də fitness klubun elektrik enerjisinə görə 17 min manat borcu yaranmışdı. Biz isə binanın sahibləri məsələni belə qoya bilməzdik. Ona görə də özü cibimizdən Vüqar Namazovun “Bakıelektrikşəbəkə”yə olan borcunu ödəyib sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin etdik".

Lakin bu da Namazovu dayandırmayıb. O, elektrik enerjisi kəsiləndən sonra fitnes-klubun fəaliyyətini davam etdirmək üçün əraziyə generator gətirdərək quraşdırıb. Klubun qızdırılmasını, trenajorların işləməsini təmin edən Namazov bina sakinlərinin onun borcuna görə işıqsız qalmalarını “unudub”.

Şirkətin direktoru deyir ki, V.Namazov 6 ay fitness klubdan gəlir əldə etsə də, VÖEN-siz faəliyyət göstərib, bununla da Vergilər Nazirliyinin işçisi vergi ödəməkdən yayınıb. Şirkət onu müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəməyə verdikdən sonra isə fitnes klubu həyat yoldaşının adına rəsmiləşdirib. Başqa sözlə desək, Vergilər Nazirliyinin işçisi qanunsuz sahibkarlıqla məşğul olub.

Bu isə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə barəsində cinayət işi başlamasına əsas yaradır. Şirkət V.Namazovu məhkəməyə verəndən sonra o, daha artıq inadkarlıq göstərməyə başlayıb. Şirkət rəhbərliyinə bildirib ki, mətbuat üzərindən onları biabır edəcək. Hətta “Altes Azerbaycan”ın facebook sosial şəbəkəsində saxta səhifəsini yaradaraq orada V.Namazovun barəsində hər cür yalan, böhtan məlumatlar yerləşdirməkdən çəkinmir. R.Abdullayevin Eldar Mahmudovla “əlaqələri” haqda yalan məlumatlar yazaraq yaymaqla "Altes Group"un işgüzar nüfuzuna zərbə vurmaqda davam edir.

Qeyd edib ki, baş verənlər haqda Vergilər Nazirliyinin İstintaq İdarəsinin rəisi Vüqar Məmmədzadə də məlumatlandırılıb. V.Namazov məsələ ilə bağlı comments.az-a münasibət bildirməyib. /musavat/
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45