Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

Laçın təhsilində rüşvət baş alıb gedir -

Laçın rayonu təhsil şöbəsindən şikayət məktubu daxil olub. Bu şikayətin nöqtə və vergülünə toxunmadan sizə təqdim edirik:
Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərfindən əvvəlcədən dərc edəcəyiniz üçün təşəkür edirəm

Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını və yığdığı küllü miqdarda rüşvəti ort- bastır etmək üçün yuxarı dairələrdəki daydayılarının köməyinden istifadə edib , Təhsil Nazirliyindəki havadarına yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmuşdur.
Fürsətdən istfadə edib Hörmətli Cənab Təhsil naziri Mikayıl Cabbarova təkcə bir sual ünvanlamaq istirəm. Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə Cənab Təhsil naziri Mikayıl Сabbarov tərəfindən işdən çıxarılmış və Laçın rayon prokrorluğunda barəsində istintaq işi başladılmışdır. Görəsən cənab nazirin xəbəri varmi ki M.Vəliyev Rəhman müəllimdən yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə gəlinini təyin edib?
Laçın rayon Təhsil şöbəsini korrupsiya yuvasına çevrən Malik Vəliyev Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də həraca çıxaracaq./teref/
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber