Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

İŞİD vəhabilik əsasında köklənib və qərb ölkələri Ərəbistanın hərəkətlərinə həssas olmalıdır

Almaniyanın federal kanslerinin müavini və iqtisadiyyat naziri Ziqmar Qabriel "Bild" qəzetinə verdiyi müsahibəsində Səudiyyə Ərəbistanının dünyanın hər yerində ifratçı və terrorçu hərəkatları dəstəkləməsinə işarə etməklə yanaşı, qərbin, xüsusilə də Almaniyanın bu ölkə ilə münasibətlərinin genişlənməsini tənqid edib.
Bu xəbərə əsasən, Z. Qabriel müsahibəsində deyib: "Səudiyyəlilərə izah edilməlidir ki, artıq gözyumma dövrü arxada qalmışdır. Ərəbistan dünyanın hər tərəfində vəhabi məscidlərinə maddi dəstək verir və bu yolla ifratçılar yetişdirir. Belə ifratçılardan bir hissəsi də Almaniyaya gəlir. Biz ölkədə ifratçıların fəaliyyət mərkəzlərinə qarşı qəti addım atılmasını istəyirik. İŞİD-in təfəkkürü vəhabilikdən alınmışdır və digər ölkələrdə ifratçıların artmasına səbəb olur. Belə olduqda ölkədə sələfiçiliklə mübarizə olunmalı, bu qrupun məscidləri bağlanmalıdır. Əlbəttə, biz müsəlmanla hörmətlə yanaşırıq və islami mərkəzlərin və mötədil məscidlərin fəaliyyətləri ilə problemimiz yoxdur".
Almaniya Sosial-Demokrat Partiyasının parlament komitəsinin sədri Tomas Uberman də bu barədə deyib: "Səudiyyəlilərin məscid və vəhabi əqidəsinin təbliği sahələrində sərmayə fəaliyyətlərini nəzarətdə saxlamaq lazımdır. Vəhabilik, İŞİD terror qrupunun ideologiyası üçün tamam əyarlı bir qaynaq hesab edilir və ifratçılıq təmayüllərində payı vardır".
Qeyd edək ki, son vaxtlarda Almaniyanın xarici kəşfiyyat xidməti (BND) öz məruzəsində Ərəbistanı məntəqədə və ərəb dünyasında sabitsizliyin əsas amili kimi tanıdıb, Ali-Səud rejiminin müdaxilə və ifratçı siyasətlərini bərk tənqid edib.
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...