Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

"Türk əsgərləri İraqdan çıxmalıdır"

İraq yüksək islami şura məclisinin sədri Seyid Əmmar əl-Həkim Türkiyə əsgərlərinin İraq torpaqlarından çıxarılmasını tələb edib.
Türkiyənin İraqdakı səfiri ilə görüşən Seyid Əmmar əl-Həkim regionda baş verənləri müzakirə edib.
Əmmar əl-Həkim görüş zamanı qeyd edib ki, Türkiyə əsgərləri İraqa girərək ölkənin milli suverenliyi, ikitərəfli əlaqələri və yaxşı qonşuluq əlaqələrini açıq şəkildə hədəfə alıb.
Əl-Həkim sözlərinin davamında terrorizmlə mübarizəyə işarə edərək, terrorizmin sərhədləri aşan bir fəlakət olduğunu və İraqın siyasi vəziyyətiylə əlaqədar bir fakt olmadığını qeyd edib.
Qeyd edək ki, Türkiyə hərbçiləri dekabr 2015 tarixində terrorçuluqla mübarizə bəhanəsi ilə Mosulun Başika bölgəsinə girib.
688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı