Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən azad etdi

Suriya ordusu Palmira şəhərini geri aldıqdan sonra ölkənin cənub-şərqində yerləşən Qəryəteyn şəhərini ötən gün İŞİD terrorçularından azad edib. Homs vilayətinin mühüm strateji əhəmiyyətə malik olan Qəryəteyn şəhərinin azad edilməsi əməliyyatında Suriya ordusunun 43-cü, 63-cü briqadaları və 4-cü mexaniki divizionu iştirak edib.
Suriya ordusunun şəhərə daxil olmasından sonra terrorçular müxtəlif istiqamətə qaçmağa başlayıb. Şəhərin 80 %-i ələ keçirilməsinə baxmayaraq, qərb istiqamətdə yerləşən bölgələrdə hərbi əməliyyatlar davam edir.
Qəryəteyn şəhərinin azad edilməsi Suriya ordusunun İraq sərhədinə qədər uzanan səhra ərazisini öz nəzarətinə keçirmə imkanı verəcək.
Qeyd edək ki, Qəryəteyn şəhəri ötən ilin avqust ayında İŞİD terrorçuları tərəfindən işğal edilmişdi./Eastnews/
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber