Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

“ABŞ-ı qapıdan qovuruq, pəncərədən daxil olur”

Bu sözləri İranın İslami Şura Məclisinin sədri Əli Laricani bildirib.
İslami Şura Məclisinin sədri Əli Larcani, parlamentdə etdiyi çıxışda belə danışıb: "Biz amerikalıları qapıdan qovuruq. Amma onlar, İran xalqına qarşı yeni sanksiyalar tətbiq etmək üçün pəncərədən daxil olmağa çalışırlar. Bu vəziyyət, onların hərəkətlərinin yenidən nəzərdən keçirilməsi və eyni zamanda diqqətli və oyanıq olunması lazım olduğunu göstərir “.
Parlament sədri, qərb ölkələrinin İranın raket məsələsi haqqındakı mövqeyi və açıqlamaları ilə əlaqədar olaraq bunları söyləyib: "Qərblilər son bir neçə gündür İranın raket sınaqlarının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirə ediblər. Onlar bu məsələnin araşdırılması lazım olduğuna dair bəzi iddialar səsləndiriblər. Bu iddialarda yeni bir mənafenin olduğu görünür”.
Əli Laricani İranın balistik raket sistemlərindən imtina etməyəcəyini vurğulayıb.
O, qeyd edib ki, təzyiqlərə boyun əyməyəcəklər./Eastnew/
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46
MT