Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

Ermənilər Tərtərdə evi Qradla vurdu

Ermənilər Tərtərin cəbhəboyu kəndlərini ağır atıcı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Bu barədə Report-a Tərtər Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

İcra hakimiyyətindən verilən verilən məlumata görə, rayonun Düyəri kəndi atəşə tutulub: "Ermənilərin atdığı Qrad mərmisi fərdi yaşayış evinə düşüb. Nəticədə evdə olan bir nəfər yaşlı qadın yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır".

Xatırladaq ki, erməni silahlı birləşmələrinin dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutması nəticəsində atılan mərmilərdən biri Tərtərin Azadqaraqoyunlu kənd sakinlərindən birinin evinə düşmüşdü.
715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...