Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Ərdoğan ABŞ səfirinə və müxalifətə hücuma keçdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP hökumətinin üzvlərinin yüz milyonlarla dollarlıq rüşvət əməllərini üzə çıxaran 17 dekabr həbslərindən sonra ikinci dəfə tribunaya çıxıb.

Baş nazir üzləşdiyi vəziyyətdə özünü müdafiə etmək üçün müxalifətə, bir də ABŞ səfirinə hücum edib. Samsunda təşkil olunmuş mərasimdə çıxış edən Ərdoğan son günlərdə baş verən hadisələri “beynəlxalq miqyaslı, eyni zamanda yerli podratçıların qatıldığı” əməliyyat adlandırıb.

“Bu əməliyyat hökumətə qarşı atılmış addımdır. Lakin bundan əlavə beynəlxalq və üstəgəl milli uzantısı olan əməliyyatdır. Biz bundan sarsılmayacağıq” - deyə Ərdoğan bildirib.

Virtualaz.org saytı türk mətbuatına istinadən bildirir ki, Ərdoğan daha sonra AKP hökumətinin 11 illik hakimiyyəti ərzində “əldə edilmiş uğurlardan, ümumi daxili məhsulun neçə dəfə artmasından, çəkilən yollardan, körpülərdən danışıb.

“Rüşvətxorluq olan ölkədə ÜDM-i bu qədər artıra bilərdikmi?” - deyə Ərdoğan hökumətinin üzvlərini müdafiə edib.

Daha sonra Ərdoğan ana müxalifət partiyası CHP-yə hücuma keçib. Baş nazir partiyanın lideri Kamal Kılıcdaroğluna “çətə lideri” deyib: “Bunlar bu ölkəyə zərər vurmaqdan başqa nə etdilər? CHP demək kirlilik, qaranlıq deməkdir”.

Ardınca baş nazir həbs əməliyyatını keçirən polis və prokurorlara barədə “gərəkli olanı yapacaqlarını” deyib: “Bu hala baxın. İstintaq mənsubu bir evə basqın edəcək. Basqın etdiyi evdə ayağını ayağının üstünə aşıracaq, əlinə təsbeh alacaq külxanbəyi kimi. Bir də yemək sifariş verəcək. Bu, necə işdir? Bunu edən ədliyyə mənsubunu bağışlayası deyilik ki. Gərəyi nə isə, onu da edərik” - deyə Ərdoğan bildirib.

Daha sonra Ərdoğan ABŞ səfirinə eyhamla “səfirlər bəzi provakativ əməllərin içinə giriblər” deyib.

Baş nazir ABŞ səfiri Frensis Rikardoneyə ölkəni tərk etməyi təklif edib: “Sizləri ölkədə tutmağa məcbur deyilik. Əgər sizin səfirləriniz də bu işlərin içinə girirsə, bizə xəbər verin, biz onları geri göndərərik”.

Qeyd edək ki, bu gün Ərdoğana bağlı “Aksam” və “Yeni Şafak” qəzetləri manşetlərindən ABŞ səfirinə ölkədən getmək çağırışı ediblər. Ərdoğanın qəzetləri yazır ki, hökuməti sarsıdan həbslərin arxasında ABŞ da var. Belə ki, ABŞ səfiri Avropa İttifaqı rəsmiləri ilə görüşdə son həbslərdən danışaraq Türkiyədəki “Halk Bank”ın İranın pullarının dövriyyəsini təşkil etdiyi haqda neçə vaxtdır Ankaranı xəbərdar etdiklərini, lakin tədbir görülmədiyini deyib.

İddiaya görə, səfir avropalılara deyib ki, Türkiyədə baş verənlər AKP imperiyasının çökməsi ilə nəticələnəcək. Artıq F.Rikardone bəyanat yayaraq bu iddiaları təkzib edib.
1560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı