Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2016

Ermənistan öldürülmüş zabitlərinin bir qisminin adlarını açıqladı

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində cəbhə xəttində öldürülən 3 erməni hərbçisinin fotolarını paylaşıb.

Bunlardan ikisi - 1989-cu il təvəllüdlü Sasun Mkrtçyan və 1963-cü il təvəllüdlü Nodarik Marqaryan müqavilə ilə xidmət edən hərbi qulluqçulardır. Üçüncü öldürülən hərbçi isə 1988-ci il təvəllüdlü kapitan Ovsep Kirakosyandır.

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində öldürülən daha dörd hərbçinin adını açıqlayıb. Öldürülənlərdən ikisi zabitlərdir. Mayor Ovsep Maisyan və kapitan Armenak Urfanyanla yanaşı sıravi Yuro Fərəməzyan və serjant Kərəm Sloyan da döyüşlərdə öldürülüb.

Öldürülən şəxslərdən üçünün Ermənistan vətəndaşı olduğu dəqiqləşib. Ovsep Kirakosyan Armavirdən, Nodarik Marqaryan Quqarkdan, Sasun Mkrtçyan isə İrəvandandır./apa/
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber