Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Odundağ işğaldan azad edildi

Azərbaycan Müdafiə Nazirliyi "Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb:

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Xatırladaq ki, erməni KİV Azərbaycan silahlı qüvvələri Odundağ dağının sol ətəyində yer işləri həyata keçirməsi ilə bağlı məlumat yayıblar.

Məlumata görə, bu dağın strateji əhəmiyyəti var və Azərbaycan əsgərləri onun təpəsində atəş nöqtəsi yerləşdiriblər.

Yeni dayaq məntəqəsi Baqanis kəndinin mərkəzindən aydın görünür./atv/
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber