Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Şəhidlərin Rəbbinin adı ilə!

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.!” (Bəqərə surəsi 154)

QEYRƏTLİ ALİM VƏ MÖMİN OĞULLARI QƏFƏSƏLƏRDƏN ÇIXARIN!
BAŞIN SAĞ OLSUN VƏTƏN!

Son iki gündə müsəlman xalqımızın Vətən oğullarının Aşura məktəbindən aldıqları örnək və tərbiyənin nəticəsi olaraq, bütün cəbhə boyu uğurla qazandıqları zəfərə görə bütün müsəlman xaqımızı təbrik edir və Allah-Taalaya şəhidərimizin Kərbəla şəhidlərinə qovuşmasına görə dua edirik!
Belə bir fürsətdə bütün Aşura məktəbinin yetişdirmələri olan alim, ruhani və möminlər, dünyanın harasında olmasına baxmayaraq, Vətən torpaqlarını uğrunda son damla qanına qədər vuruşmağa hazır olduqlarını elan edirlər. Həmçinin, bu məqamda iqtidarın nəzərinə bir daha çatdırırıq ki, şərlənərək zindanlara atılmış qəhrəman, qeyrətli alim və əziz din xadimlərimiz, Hacı Mövsüm, Hacı Abgül, Hacı Zülfüqar və Hacı Tale kimi Vətən oğullarını qəfəsələrdən çıxarıb, Vətəni göz bəbəyi-kimi sevən imanlı möminlərlə birgə cəbhə bölgəsində hazır olmalarına şərait yaradılmasını tələb edirik!
Əgər bu müqəddəs cihad son qarış torpaqların alınmasına qədər davam edərsə, bütün dünyada yaşayan alim, iman-əhli, Quran və Əhli-Beyt(ə) aşiqləri müqəddəs müdafiə cihadı şüarı ilə cəbhə bölgələrində hüzür tapmağa hazırdırlar!

Əl-Müstəfa (ə) adına Beynəlxalq İslam Akademiyasının doktorantı
Faiq Vəlizadə

Hicab.org
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:22
İran parlam