Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

85 yaşlı qadını ölü halda tapdılar

Qadının cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib
Bakı şəhərində mənzildən 85 yaşlı qadının meyiti tapılıb. Bugun.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 1928-ci il təvəllüdlü qadının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə 102 xidmətinə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Hadisə yerinə gedən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Mariya Qurudnova hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M.Qurudnova vəfat etdiyi müəyyən olunub.
Qadının cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55
Səxavət Ramazanov