Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

İslami Şura Məclisinin nümayəndəsi: Qarabağ İslam torpağı, Azərbaycanın torpağıdır

Təbriz, Osku və Azərşəhər əhalisinin İslami Şura Məclisində nümayəndəsi Ermənistanın Azərbaycan torpağına təcavüzünü məhkum etməklə yanaşı deyib: “Qarabağ İslam ərazisi və Azərbaycanın torpağıdır”.

Əlirza Munadi Sefidan İslami Şura Məclisinin iclasındakı çıxışında Ermənistanın Azərbaycan torpağına təcavüzünə toxunaraq deyib: “Dövlətdən istəyirəm ki, Ermənistanın Qarabağda törətdiyi cinayətləri məhkum etsin”.
Nümayəndə əlavə edib: “Ali Məqamlı Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ İslam torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz bütün gücümüzlə ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik”.
Munadi Ermənistanın Azərbaycan torpağına təcavüzünü və Azərbaycan ordusunun 15 nəfər əsgərini şəhid etməsini məhkum etməklə yanaşı deyib: “Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olmasını istəyirik. Qarabağ Azərbaycana qaytarılmalıdır”./qafqaz.ir/
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 10:20
Bakıda intihar –23