Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Sumqayıt şəhid polkovnikini ayaqda qarşılayır

Azərbaycan ordusunun polkovniki qəhrəmancasına həlak olub. Belə ki, Ağdamda yerləşən hərbi hissənin keçmiş komandiri, polkovnik Raqub Cahangir oğlu Orucov bu gün Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

Gəncə şəhərində hərbi hospitala yerləşdirilsə də, orada dünyasını dəyişib. Mərhumun cənazəsini yaşadığı ünvana - 14-cü məhəlləyə (Şahmat klubunun arxasındakı binaya) gətirəcəklər. Hal-hazırda insanlar şəhidi qarşılamaq üçün bu ünvana toplaşır, ərazidə izdiham yaşanır. Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə qarşılayır.

Allah rəhmət eləsin.

R.Orucov sabah Sumqayıt şəhərində dəfn olunacaq./criminal/
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı