Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Şəhid zabitlərimiz dəfn olunur - Salyan və Naxçıvanda

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun baş leytnantı Mehdiyev Rəşid Rövşən oğlu qəhrəmancasına həlak olub.

O, 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Şəhidin tabutu artıq doğma kəndinə gətirilib. Dəfn mərasimi bu gün saat 10-da kənd qəbiristanlığında olacaq.

Dünən cəbhənin Füzuli istiqamətində şəhid olan zabitimz Rasim Məmmədov bu saatlarda dəfn olunacaq. Onun cənazəsi gecə doğulduğu Naxçıvan MR-in Cəhri kəndinə aparılıb.Naxçıvan öz şəhidini qürurla qarşılayıb! Minlərlə adam Naxçıvan aeroportuna toplaşıb, Qarabağla bağlı şüarlar səsləndirib.

R.Məmmədovun cənazəsi bu saatlarda torpağa tapşırılacaq./virtualaz/

04010203

1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15