Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

Qarabağ – işğal altında olan Darul-İslam torpağıdır

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz açıqlaması zamanı bildirdi ki, Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və "Qarabağ - bizim canımızdır".
İbrahimoğlu bildirdi ki, "Əslində dünya çapında Fələstin və Qüds dünya müsəlmanları üçün nədirsə, Azərbaycan müsəlmanı olaraq Qarabağ bizim üçün odur. Qarabağ Allahın bizə verdiyi əmanətdir və Darul-Islam torpağı olaraq, işğal altındadır”.
İşğal altındakı torpaqlarımızın bizim neçənci yox, bir nömrəli məsələmiz oduğunu söyləyən DEVAMM sədri, “Qarabağ gündəlik ibadətlərimizdə və həyatımızda ən önəmli yer tutan mövzudur və daima bizim üçün önəmli olub. Dəyərli müctəhidlərimiz Qarabağla bağlı fətvaları və orada dünyasını dəyişən əsgərlərimizin şəhid hesab edilmələri mütləq formada xatırlanmalıdır” – deyə bildirdi.
İmam-camaat bunları da vurğuladı: “Biz əminik ki, Qarabağ mütləq azad ediləcək. Allahdan istəyimiz budur ki, bunun baş verməsi daha da tez olsun. Lakin bunun üçün ilk öncə xalqımız bəsirətli, ayıq və tədbirli olmalıdır. Müharibə də, bütün məsuliyyətli işlər kimi, xüsusi bir idarəetmə və ölçmə-biçmə istəyir. Sözsüz ki, dünya güclərinin burada öz maraqları var. Aydındır ki, bu məsələdə Rusiyanın yeri özünəməxsus olub və təsirini göstərib. Yəni müharibədə biz təkcə Ermənistanla üz-üzə olmamışıq. Günümüzdə həmişəki kimi, ABŞ-ın da regionda maraqları da mövcuddur. Lakin bizim üçün bu mövzuda iki qardaş ölkənin təsiri və fikirləri çox önəmlidir. Bu ölkələr – İran və Türkiyədir. Onlardan gözləntimiz çoxdur. Qarabağ məsələsində Türkiyə və İranın həm yanaşması, həm də aktiv dəstəyi indikindən qat-qat çox olmalıdır”.
İlqar İbrahimoğlunun sözlərinə görə, baş verənlərə bəsirətli və agah münasibət mütləq sərgilənməlidir: “Yalnız emosiyalarla və pafoslarla deyil, mütləq tədbirli yanaşma ilə məsələlərə yanaşsaq, mütləq nəticə əldə edəcəyik.
Ədalətli sülh və müzakirələr – çox önəmlidir. Lakin böyük alimlərimizin də hər zaman buyurduqları kimi, ədalətli sülh və müzakirələrin ən keyfiyyətli halda baş tutması üçün biz mütləq müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmasaq, güclü olmasaq müzakirələrin effektivliyi olmaz. Eyni zamanda, ədalətli sülhün nail olunmasına imkanlarımız çox az olar”. (islaminsesi)
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47