Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Bu il dünyada 126 jurnalist həlak olub

Bu il dünyada 126 jurnalist həlak olub.

Bu barədə Beynəlxalq Xəbərlər Agentliyi İnstitutu məlumat yayıb. Jurnalistlər üçün Suriya ən qorxulu ölkə hesab edilib. 2012-ci ildə 147 jurnalist öldürülsə də, bu il itkin düşən jurnalistlərin sayı daha çox olub.

Cari ildə Suriyada 19 mətbuat nümayəndəsi döyüş meydanında vəzifə borclarını yerinə yetirərkən həlak olub. Girov götürülən 18 xarici və 20 suriyalı jurnalist barədə hələ də məlumat yoxdur. Suriyadan sonra Filippin və Hindistan daha çox təhlükəli ölkələr hesab olunur. Hər iki ölkədə 13 jurnalist həyatlarını itirib.

İraqda da 13 jurnalist öldürülüb. Jurnalistlər üçün ölkənin ən qorxulu şəhəri hesab olunan Mosulda 7 jurnalist həlak olub. Pakistanda həyatlarını itirən jurnalistlərin sayı 9 nəfərə çatıb.
1539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber